ABŞ-da istehsal sektorunun fəaliyyəti ötən ay da daralıb | Banco.az

ABŞ-da istehsal sektorunun fəaliyyəti ötən ay da daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın istehsal sektorunda pisləşmə 7-ci ayda da davam edib.

Banco.az xəbər verir ki, ABŞ-da istehsal sektorunun fəaliyyəti fabrik-zavod sifarişlərinin azalmasının təsiri ilə artıq 7-ci aydır ki, daralmaqdadır.

Belə ki, sözügedən dövrdə ABŞ-da ISM istehsal indeksi 47,1 punktdan 46,9 punkta düşüb. İqtisadçıların proqnozu isə orta hesabla 47 punktu göstərirdi.

Qeyd edək ki, yüksək faiz dərəcələri səbəbindən sifarişlərin azalması indeksin də geriləməsinə təkan verib. Məlum olduğu kimi, indeksin 50-dən aşağı qiymət alması sektorda daralmanı göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et