ABŞ-da istehlakçı inamı 4 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-da istehlakçı inamı 4 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı ötən 4 ayın ən pik həddinə çatıb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti Amerikada istehlakçı tendensiyalarına uyğun olaraq hazırlanan iyun ayı üzrə istehlakçı inam indeksinin aparıcı məlumatları açıqlayıb.

Bəlli olub ki, ölkədə istehlakçı inamı iyun ayında əvvəlki ayla müqayisədə 4,7 bənd artaraq 63,9 punkta çatıb. Bazar proqnozlarını üstələyən istehlakçı inam indeksinin bu dövrdə 60 punkta çatması gözlənilirdi. İndeks may ayında 59,2 səviyyəsində idi.

Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirmələrini ölçən cari iqtisadi şərtlər indeksi isə iyun ayında aylıq 3,1 faiz bəndi artaraq 68 punkta yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı proqnozları indeksi də eyni dövrdə 5,9 bənd artaraq 61,3 punkta çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et