ABŞ-da işsizlik müraciətləri noyabr ayından bəri ən böyük azalmaya məruz qalıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri noyabr ayından bəri ən böyük azalmaya məruz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlərin sayı noyabr ayından bəri ən böyük azalmaya məruz qalıb.

Banco.az xəbər verir ki, ABŞ-da 14 fevral tarixində başa çatan həftə üzrə işsizlik müavinəti üçün həftəlik müraciətlərin sayı 23 min azalaraq 206 minə düşüb.

“Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi bu göstəricinin 225 min səviyyəsində olacağı istiqamətində idi.

Müraciətlərin azalması əmək bazarında sabitliyin gücləndiyinə işarə kimi qiymətləndirilib.

Davam edən müraciətlərin sayı isə əvvəlki həftə 1,87 milyon səviyyəsinə yüksələrək yanvar ayından bu yana ən yüksək göstəriciyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram