Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da inflyasiya gözləntisi 40 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntisi sentyabr ayında 3,9 faizə yüksəlib.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) Nyu-York bölməsi sentyabr ayı üzrə İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.
Təxminən 1 300 ev təsərrüfatının iştirak etdiyi sorğunun nəticələrinə görə növbəti 12 aya dair orta inflyasiya gözləntisi 0,3 faiz bəndi artaraq 3,9 faizə yüksəlib. Bununla da qısamüddətli inflyasiya gözləntisi 2023-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.
İstehlakçıların uzunmüddətli inflyasiya gözləntisi dəyişməyərək 3 faiz səviyyəsində qalıb. Orta müddətli inflyasiya gözləntisi isə 0,1 faiz bəndi artaraq yenidən 3,3 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
