Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da illik inflyasiya yanvarda ötən 15 ayın ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, qlobal bazarlar üçün kritik əhəmiyyət kəsb edən ABŞ-ın yanvar ayı inflyasiya məlumatları açıqlanıb.
Bəlli olub ki, ölkədə istehlak qiymətləri yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb.
Aylıq inflyasiya iqtisadçıların proqnozları ilə uyğunluq təşkil etsə də, illik inflyasiya 6,4 faizlə gözləntiləri üstələyib.
Ərzaq və enerji məhsulları istisna olmaqla qiymətlərdə illik artım isə 5,5 faizlik proqnozlardan bir qədər yüksək - 5,6 faiz hesablanarkən, aylıq artım gözləntilərə uyğun olaraq 0,4 faiz qeyd edilib.
Xatırladaq ki, ABŞ-da illik inflyasiyanın eniş silsiləsi 7-ci aya daxil olub.
Bizi sosial şəbəkələrdən izləyin!!