ABŞ, Çin və Almaniya dünyanın ən bahalı brendləri olaraq qalır | Banco.az

ABŞ, Çin və Almaniya dünyanın ən bahalı brendləri olaraq qalır

Müəllif - Fərid İslamov - Banco.az

Rusiya keçən ilki 25-ci yerdən 23-cü yerə yüksəldi

ABŞ, Çin və Almaniya dünyanın ən bahalı ölkə brendləri olaraq qalır. Bu, Brand Finance-in illik araşdırmasının nəticələrindən məlum olur.

Şirkət ABŞ-ın brend dəyərini təxminən 37,33 trilyon dollar olaraq qiymətləndirib ki, bu da ötən ilki səviyyədən 15,7% yüksəkdir. Bu göstəriciyə ÜDM həcmi, investisiya və turizm cəlbediciliyi, siyasət və ticarət qaydaları, sosial aspektlər və sairə daxildir.

Çinin brend dəyəri 2,9% artaraq 20,53 trilyon dollara çatıb. Üçüncü yerdə isə Almaniya (+0,3% artaraq 4,985 trilyon dollara çatıb) böyük fərqlə qərarlaşıb.

Dördüncü yerə Böyük Britaniya (+10,2% artaraq 4,45 trilyon dollar) yüksəlib və Yaponiyanı (-4,5% azalaraq 4,41 trilyon dollar) beşinci yerə geri çəkib. Daha sonra Fransa (+10,4% artaraq 3,89 trilyon dollar), Hindistan (-5,9% azalaraq 2,77 trilyon dollar), Kanada (+2,2% artaraq 2,73 trilyon dollar), İtaliya (+3,3% artaraq 2,4 trilyon dollar) gəlir.

Bu il ilk onluğa 2,22 trilyon dollar brend dəyəri ilə İspaniya daxil olub. İspaniya 2024-cü ildə on ikinci yerdə idi. Cənubi Koreya isə İspaniya ilə yer dəyişib, Avstraliya isə on birinci yerdə qalıb.

Rusiya keçən ilki 25-ci yerdən 23-cü yerə yüksəlib, Qazaxıstan - 45-ci yerdən 43-cü yerə, Özbəkistan - 57-ci yerdən 55-ci yerə, Azərbaycan - 84-cü yerdən 82-ci yerə, Qırğızıstan - 130-cu yerdən 127-ci yerə qalxıb.

Eyni zamanda, Türkmənistan keçən ilki 76-cı yerdən 80-ci yerə, Belarus - 79-cu yerdən 88-ci yerə, Ermənistan - 102-ci yerdən 103-cü yerə düşüb. Gürcüstan 97-ci mövqedə qalıb, Tacikistan isə 136-cı yerdədir.