ABŞ bank sistemi daha bir böhran ərəfəsində | Banco.az

ABŞ bank sistemi daha bir böhran ərəfəsində

ABŞ Bankları üçün  bugünkü başlıca maliyyə təhdidi 2008-ci ildəki böhrandan elə də ciddi fərqlənmir. Nəhəng bankların şəxsi kapital həcmi həddindən artıq az olduğu halda, borc öhdəlikləri həddindən artıq böyükdür.  

Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Saymon Conson özünün Project Syndicate dərgisindəki məqaləsində qeyd edir ki, bu risk requlyatorların ləngliyi ilə bir arada ABŞ iqtisadiyyatı üçün ciddi təhlükə mənbəyi rolunu oynayır.

Onun fikirlərincə, ABŞ iqtisadiyyatındakı cari vəziyyət, maliyyə böhranına aparan hadisələr xatırladır. “Baxmayaraq kı, bütün maliyyə böhranlarının özünəməxsus başlanğıcı olur, həmişə eyni bir situasiya təkrar olunur, nəhəng banklar böyük bir bəlaya düçar olur və müflislik həddində qərar tutur”. – Conson qeyd edir.

Nümunə kimi, o ABŞ-ın ən böyük banklarından biri olan Morgan Stanley-i misal gətirir, bankın kapitalı 4%-i üstələmir, bu isə o deməkdir ki, qalan 96% - bu və ya digər formada borclardan ibarətdir. 2008-ci ildə Citigroup bank konserninin şəxsi kapitalının həcmi 4,25 həcmində idi, nəticə bank böhranın başlanğıc anından xeyli çətin vəziyyətə düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə müxtəlif requlyatorlar tərəfindən fərqli kapital yetərliyi əmsalı tətbiq olunması işi daha qəlizləşdirir. Belə ki, onları əhalini dolaşığa salır, bəzən əmsalların hesablanmasında qudvill və ya təxirə salınmış vergi aktivləri kimi maddələr də nəzərə alınır.

Conson həm də bildirir ki, bank sektorundakı  indiki vəziyyət 2008-ci illə müqayisədə daha yaxşıdır, amma ki qlobal iqtisadiyyatda hətta cüzi dəyişikliklər işlərin düzəldilməsi istiqamətinə yönəldilmiş bütün səyləri sıradan çıxara bilər. Belə ki, orta hesabla ABŞ bankları cəmi 5% şəxsi kapitala malikdir.

“Biz artıq bu filmi izləmişik və o pis başa çatıb. Bu dəfə daha kəskin bir trillerin  şahidi ola bilərik”- Conson öz fikirlərini belə yekunlaşdırır.