Azərbaycanın bank sektorunda 6,5 mlrd. manat likvid vəsait formalaşsa da, bu məbləğ banklar arasında qeyri-bərabər bölünüb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün banklararası pul bazarı inkişaf etdiriləcək və bu istiqamətdə müəyyən addımlar atılıb: “İlk növbədə bu 6,5 mlrd. manat vəsaitin banklar arasında bölünməsi, hərəkət etdirilməsi lazımdır. Paralel olaraq həmin pullar iqtisadiyyata ötürülməlidir. Bu gün bu proses bir qədər mürəkkəbdir”.
Mənbə: Report.az