53 yaşlı biznes maqnatının uğurunun SİRRİ | Banco.az

53 yaşlı biznes maqnatının uğurunun SİRRİ

Daşdan yox, bilgidən pul çıxardan növbəti qəhrəmanımız Maykl Delldir. Bəli, həmin o “Dell” – in Maykl Delli. 19 yaşından yataqxana otaqlarında şəxsi kompüterlər hazırlayıb satan Maykl Dell. “İnnovasiyalar ancaq peşəkar labaratoriyalarda yaranmır” deyərək, 24.3 milyard dollarlıq bir imperiya quran  Maykl dell. 53 yaşlı biznes maqnatı öz həyatından öyrəndiyi dərsləri belə ifadə edir:

“Uğurlu olmaq üçün kollec məzunu olmalı deyilsiniz. Dahi də olmaq məcburiyyətiniz yoxdur. Hətta planlarınız olmasa da olar. Sizə lazım olan tək bir şey var. Ürəkdən, bütün mənliyinizlə inandığınız bir xəyal. Mən sizə bunu belə edin və uğur qazanacaqsınız, deyə bilmərəm. Hər kəs öz hekayəsini özü yazır və sizin yolunuz mənimkindən fərqlidir. Öz yolunuzla irəliləyin. Hazır xəritələr almayın. Öz xəritənizi özünüz çəkin.”

Ən sərfəli kredit üçün müraciət et

Biz insanlar, eyni şeyləri etməyə davam etməklə hər dəfə fərqli nəticələri əldə edəcəyimizə inanacaq qədər xəyalpərəst varlıqlarıq. Hər bir hərəkət bir nəticəni doğurur və daha yaxşı nəticə almaq istəyirsinizsə, daha çox çalışmaq lazımdır. Nəyi isə daha çox etməlisiniz. Nəyi isə qurban vermək lazım gəlir bəzən. O “nə”-ləri müəyyənləşdirin əvvəlcə. Bilirəm çətindir, amma bunlar etməli olduqlarınızdır.

Əgər bu gün bu məqaləni oxuyursunuzsa, möhtəşəm bir səyahətə hazırlaşın. Bir qərar verin və yola çıxın. Qoyun bu yol uzun olsun, siz sürətli irəliləyin. Unutmayın ki, siz nailiyyətlər qazanmaq üçün bu dünyaya gəlmisiniz. İndi, bu saniyə başlamaq lazımdır. Uğursuzluqlarımızı artırmalıyıq, uğur gələnə qədər. Mükəmməl imkanın gəlməsini gözləməyin. Bəlkə də heç gəlməyəcək. İmkanları mükəmməlləşdirin. Səhvlərinizdən öyrənin və bir gün səhvlərinizi doğrularınızdan daha çox sevəcəksiniz. Sizə hədiyyə olunan həyatı bir sınaq olaraq görməyin. Macəra olaraq görün. Xəyallarınıza inanaraq qaçın öz yolunuzla...

Sevinc Hüseynova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et