32 investisiya təşviqi sənədi üzrə 300 mln. manat sərmayə yatırılacaq | Banco.az

32 investisiya təşviqi sənədi üzrə 300 mln. manat sərmayə yatırılacaq

Azərbaycanda bugünədək sahibkarlara verilən 32 investisiya təşviqi sənədləri üzrə həyata keçiriləcək layihələr çərçivəsində ümumi sərmayələr 300 mln. manat həcmində proqnozlaşdırılır. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, bu layihələr əsasında 3 minə yaxın yeni iş yeri açılacaq: “Bu gün sahibkarlara daha 19 investisiya təşviqi sənədi təqdim edilib. Bu təşviq sənədlərinə uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək investisiya layihələrinin dəyəri 190 mln. manat həcmindədir. Bunun nəticəsində də 1 minə yaxın yeni iş yerinin yaradılmadı nəzərdə tutulub". 

Ən sərfəli kredit üçün müraciət et

"Bütövlükdə isə verilən 51 sənəd üzrə investisiya layihələrinə 500 mln. manatın yatırılması nəzərdə tutulub. Bu layihələr Azərbaycanın 7 iqtisadi rayonunu əhatə edir. Hazırda investisiya təşviqi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Yerli sahibkarlar bu işlərdə fəal iştirak edirlər”, - deyə N.Səfərov qeyd edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et