3 bankın aktivi bütün bankların aktivlərinin 50%-dən çoxdur | Banco.az

3 bankın aktivi bütün bankların aktivlərinin 50%-dən çoxdur

Banco.az olaraq sizlər üçün 31 dekabr 2017-ci il tarixinə olan Aktivlərinin həcminə görə bankların renkinqini hazırlamışdıq. Həmin siyahıdan da məlum olur ki, ilk üçlükdə  - 8,695 mlrd. manat aktivi ilə Beynəlxalq Bank birinci, 3,552 mlrd. manat aktivi ilə Paşa Bank ikinci, 3,185 mlrd. manat aktivi ilə isə Kapital Bank üçüncü yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cəmi aktivləri 27,416 mlrd. manat olan bank sektorunda aktivlərin əsas hissəsi yuxarıda qeyd olunan 3 bankın payına düşür. Belə ki, Beynəlxalq Bank, Paşa Bank və Kapital Bank-ın cəmi aktivləri hazırda fəaliyyət göstərən bütün bankların cəmi aktivlərinin 50%-indən çoxunu, yəni 56,29%-ni təşkil edir.