28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir | Banco.az

28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

 

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et