2050-ci ildə dünyamızda hansı müsbət dəyişikliklər olacaq? | Banco.az

2050-ci ildə dünyamızda hansı müsbət dəyişikliklər olacaq?

Yer kürəsinin gələcəyi çox insanları qorxuya salır. İqlim dəyişikliyi, dünya əhalisinin artması, təbii resursların azalması və s. ilə bağlı məsələlər növbəti onilliklərdə bəşəriyyət üçün heç də yaxşı  şeylər vəd etmir.

Amma təbii ki, bunların heç biri bədbinlik üçün əsas vermir. Sosial və iqtisadi inkişaf, elm və texnologiyadakı innovasiyalar gələcəyimiz üçün böyük horizonlara yol açır.

Banco.az saytı olaraq, dünyamızın gələcəyi üçün optimist proqnozlar verən sahələri araşdırmışıq. Onların sizin diqqətinizə çatdırırıq. 2050-ci ildə Yer Kürəsində hansı müsbət yönümlü dəyişikliklər olacaq?

  1. Uşaq ölümlərinin faizi kəskin şəkildə aşağı düşəcək. UNİCEF-in 2013-cü ildə apardığı araşdırmaların nəticəsinə görə 1950-ci illərlə müqayisədə XX əsrin sonlarında 5 yaşdan aşağı uşaqların ölüm göstəricilərində xeyli azalma olub. Belə ki, əgər 50-ci illərdə hər 1000  yeni doğulana 90 ölüm sayı düşürdüsə, bu rəqəm 1990-2012-ci illər arasında 48-ə düşüb. Kopenhagen Konsensusun bu sahədə apardığı tədqiqata əsasən 2050-ci ildə körpə ölümlərinin yeni doğulanlara nisbəti 1000-31 şəkində dəyişəcək.
  2. Bir çox xəstəliklərin müalicəsi və vaksinləri tapılacaq. Tədqiqatlar göstərir ki, növbəti 20 il ərzində HİV-in yayılmasının qarşısını almaq üçün vaksinlər tapılacaq. HİV hər il bütün dünya üzrə 1.5-2 mln insanın ölümünə səbəb olur.
  3. Kompyuterləşmiş beyinlərin vasitəsilə insanlar əbədi yaşayacaqlar. Hal-hazırda alimlər insanların beyinlərinin müxtəlif element və hissələrinin kompyuterlərə köçürülməsi üzərində işləyirlər. Bu gələcəkdə insan beyninin robot bədən daxilində əbədi yaşamasına imkan verəcək.
  4. Yoxsul ölkə qalmayacaq. 2035-ci ildə artıq səfalətdən əziyyət çəkən ölkələrin sayı 0-a enəcək. Dünya bankı əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi planı üzərində işləyir. Onların gəldiyi qənaətə görə 30-cu illərdə dünya əhalisinin yalnız 3%-i yaşayış standartlarından aşağı səviyyədə ömür sürəcək. Yəni əgər qlobal yoxsulluq göstəricisi 2005-ci ildə 21% idisə, bu rəqəm 2050-ci ildə 2.5%-ə düşəcək.
  5. Süni İntellekt (Aİ) səviyyəsi görünməmiş dərəcədə yüksələcək. Artıq gələcəkdə əksər işçilərin yerini robotlar tutacaq. Təbii ki, vəziyyət “Terminator” filminin səhnələrindən bir qədər fərqli olacaq. Carnegie Mellon Universitetinin Robotik İnstitutunun mütəxəssisi Hans Moravecin fikrincə 2050-ci ildə robotlar əqli və fiziki cəhətdən insanları üstələyəcəklər. Həmçinin onlarda emosiya və hisslər də təzahür edəcək.
  6. Bərpaolunan və təmiz enerji mənbələrinə tam etibar edə biləcəyik. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatına görə 2050-ci ildə enerjinin 95 faizi bərpaolunan enerji mənbələrindən əldə olunacaq.
  7. Avtomobillər daha təhlükəsiz, rahat və təmiz olacaqlar. Milken Institutunun proqnozalrına görə 2050-ci ildə maşınlarda özünü idarəetmə sistemi formalaşdırılacaq. Yəni, sükanın idarə edilməsi, parkinq, mühərrik və əyləc sistemi artıq sürücü müdaxiləsi olmadan həyata keçiriləcək. Sürücüsüz idarə olunan maşınlar daha təhlükəsiz olacaq. Çünki 90% avtomobil qəzalarına səbəb olan sürücü diqqətsizliyi artıq daha etibarlı robot sistemi ilə əvəz olunacaq.
  8. Gender bərabərliyi sayəsində iqtisadi və sosial sahədə irəliləyiş müşahidə olunacaq. 1990-cü illərdə qadınların əmək sektorundan kənarda qalması  ÜDM-un həcmini 17% azaldıb. Amma güman olunur ki, bu rəqəm 2050-ci ildə 4%-lə əvəz olunacaq.
  9. Bütün ortayaşlı şəxslər oxuma-yazma bacarığına yiyələnəcəklər. Kopenhagen Konsensus Mərkəzinin hesabatına görə hal-hazırda 23.6 % əhali sadə oxu-yazı biliklərinə malik deyil. Lakin növbəti illərdə bu göstərici cəmi 12%-ə düşəcək.
  10. Daha az müharibə olacaq. Beynəlxalq Rüblük Araşdırmalar-a görə 2009-2050-ci il arasında hərbi konfliktlərə cəlb olunan ölkələrin sayı 50% azalacaq.
  11. Internet dünyanın istənilən küncünə gedib çatacaq. "The World We Made," formunda Jonathon Porrittun dediklərinə əasaən artıq 2050-ci ildə 8 mlrd, başqa sözlə dünya əhalisinin 97.5% -i aktiv internet istifadəçisi olacaqlar.
  12. Süni bədən hissələri orqan çatışmazlığı situasiyalarını mifə çevirəcək. Səhiyyə və Humanitar Xidmətlər İdarəsinin verdiyi məlumata görə hər gün ABŞ-da 18 nəfər orqan çatışmazlığı ucabtından həyatını itirir. Növbəti 35 il ərzində süni və laboratoriya şəraitində yaradılacaq orqanlar insanlara həyat bəş edəcək. Artıq xəstələr orqan plantasiyası üçün başqa bir xəstənin ölümünü gözləməyəcəklər. Hal-hazırda xəstələrə bu yolla kisə və vagina köçürülmələri həyata keçirilir. Gələcəkdə  ürək və ağciyərlər də bu vasitə ilə transplantasiya ediləcəklər.



 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et