2024-cü ildə “qara qızıl”ın qiyməti ilə bağlı hansı proqnozlar gözlənilir? | Banco.az

2024-cü ildə “qara qızıl”ın qiyməti ilə bağlı hansı proqnozlar gözlənilir?

Müəllif:Mehin Qasımova /Banco.az

"2024-cü il çətin il olacaq . İstehsalçılar, təchizatçılar və alıcılar arasında iqtisadi mübarizə ilə yadda qalacaq".

Banco.az xəbər verir ki, bunu  rusiyalı ekspert Vladmir Demidov 2024 -cü ildə neftin gələcəyi ilə bağlı  verdiyi açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, hazırda neftin qiymətinə bir çox amillər təsir edir:

 "OPEC+ ın sonuncu iclası uğurlu alınmayıb. Bəzi ölkələr hasilatı azaltmaq üçün hər hansı qaydalara əməl etməkdən imtina etdiyi üçün təşkilatda parçalanma yaranıb. Birincisi, OPEC+-da problemin olması, ikincisi, ən böyük xarici ixracatçıların gələn il bu problemi həll etməli olmasıdır. Digər mühüm məqam neftin nə qədər hasil edildiyi deyil, nə qədər qiymətə alındığıdır. Oktyabrın əvvəlindən enerjinin qiyməti demək olar ki,  ucuzlaşıb. Məhz bu dövrdə  İsrail və Fələstində  hərbi əməliyyatlar başlayıb.Ərəb ölkələrinin və İranın da münaqişəyə cəlb olunma ehtimalı var idi.Ərəb ölkələri ən böyük neft tədarükçülərindən biridir. İran isə dünya neftinin 25 faizinin nəql olunduğu Hörmüz boğazını bağlaya bilən ölkədir. Amma neftin qiymətində elə böyük sıcrayış olmadı.  Üstəlik, aşağı düşdü. Amma  1973-cü ildə Ərəb-İsrail münaqişəsi başlayanda neftin qiyməti çox qısa bir müddətdə üç dəfədən çox artdı. Çox güman ki, bu, neftin qiymətini aşağı salmaq üçün oynayan iri neft treyderlərinin süni şəkildə yaratdığı qiymətdir".

Demidov gələn il gözlənilən tendensiyalar arasında neft hasilatının  azalacağını vurğulayıb:

Ən sərfəli kredit üçün müraciət et

 "Çox güman ki, ölkələr münaqişəni gərginləşdirməmək qərarına gəlsələr, neftin qiyməti  80-90-95 dollar arasında dəyişəcək. Bütün hallarda, əgər ölkələr birdən-birə münaqişəni gərginləşdirsələr, neft çox güclü sıçrayış edə bilər, daha yüksək səviyyəyə qalxa bilər. Qayana və Venesuela  arasında potensial hərbi münaqişə neftin qiymətinə ciddi təsir göstərə bilər. Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir və sanksiyalara məruz qalır. Qayana hazırda mübahisəli ərazilərdə yerləşən yatağa sahib olmağa çalışır. Bu da orta müddətli perspektivdə neftin qiymətini artıra bilər. Amma düşünürəm ki, hərbi münaqişə olarsa, o zaman ən böyük Qərb ölkələri Qayananın müdafiəsinə qalxacaq, Venesuela isə məhvə məhkum olacaq. Venesuelada çevriliş olarsa, bu zaman  Venesuelanın yataqları Qərbə açıq olacaq və sonra uzunmüddətli perspektivdə neft qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşəcək".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et