2023-cü ildə ərzaq inflyasiyası azalıb - Cari ildə gözləntilər nələrdi? | Banco.az

2023-cü ildə ərzaq inflyasiyası azalıb - Cari ildə gözləntilər nələrdi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub.

2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

 Bu rəqəm göstərir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artıb.

2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib.

Bu, 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur. Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.

2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilə nisbətən 108,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6%, qeyri-ərzaq məhsulları üzrə 108,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2% təşkil edib.

2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Bu rəqəmə əsasən deyə bilərik ki, 2023-cü ildə ərzaq inflyasiyası azalıb.

İqtisadçı  Rəşad Həsənov bildirib ki, 2024-ci ildə inflyasiya təzyiqləri əvvəlki illərlə müqayisədə zəifləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

 Ekspert qeyd edib ki, 2024-cü ildə Azərbaycanda ərzaq məhsullarının qiymətində qismən az artım olacaq.  Hazırda inflyasiya səviyyəsi təxminən 7-9 faiz arasında dəyişdiyini qeyd edən ekspertin proqnozuna görə, 2023-cü il yüksək inflyasiya göstəriciləri 2024-cü ildə müvafiq istiqamət üzrə korreksiyanın edilməsinə və əməkhaqlarının artırılmasına səbəb olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli də ötən ili inflyasiyanın səngiməsi baxımından əlamətdar hesab edib:

“İlin sonuna yaxın inflyasiya 2 rəqəmli həddən 1 rəqəmli həddə düşdü. Daha bir müsbət hadisə inflyasiyanın zəifləməsi fonunda qiymətlərdə sabitliyin yaranmasıdır”. 

Qeyd edək ki, Milli Məclisdə 2024-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi layihəsi müzakirəsi zamanı qtisadiyyat naziri Mikayıl Cabbarov  da inflyasiyanın səngiməsinin önəmli hadisə olduğunu bildirmişdi.

“2023-cü ilin 9 ayında inflyasiya 10,9% olub. Son aylarda qlobal ərzaq bazarlarında qiymətlərin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlamasına imkan verib”.

Onu da qeyd edək ki, ekspertlər hesab edir ki, 2023-cü  ildə inflyasiya ikirəqəmli ədədlə ifadə edilsə də, 2024-cü ildə isə bu göstəricini birrəqəmli səviyyədə görə biləcəyik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et