2023-cü ildə dünyanın 20 ən böyük bankı rekord sayda işçini ixtisar edib | Banco.az

2023-cü ildə dünyanın 20 ən böyük bankı rekord sayda işçini ixtisar edib

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ildə dünyanın 20 ən böyük bankı 61,9 min işçini ixtisar edib. 

Banco.az xəbər verir ki, kütləvi ixtisarlar barədə Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, ötən il 140 mindən çox insanın işini itirdiyi 2007-2008-ci illərin qlobal maliyyə böhranından sonra bank sektorunda çalışanlar üçün ən çətin illərdən biri olub.

 İsveçrənin nəhəng bankı UBS 13 min nəfəri işdən çıxarıb. İkinci yerdə American Wells Fargo və Citigroup qərarlaşıb. Müvafiq olaraq 12 və 5 min işçini ixtisar edib.

Reuters- in məlumatına görə , IPO və birləşmə və satınalmaların sayının kəskin azalması və sonradan komissiyaların azalması səbəbindən avropalı bankirlərin bonuslarını azaldacaqları proqnozlaşdırılır. Araşdırmalara görə, sövdələşmələrin sayı 2005-ci ildən bəri rekord həddə düşüb.

May ayında Amerika maliyyə konqlomeratı JPMorgan Chase satın aldığı problemli First Republic Bank (FRB) işçilərinin 15 faizini ixtisar etmək qərarına gəlib. Bank işçilərinə minlərlə insanın işdən çıxarılması ilə bağlı məktublar göndərib. 

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən böyük investisiya banklarından biri olan Amerika Goldman Sachs, yanvarın birinci yarısında şirkətin bəzi bölmələrindəki itkilərə görə üç mindən çox əməkdaşını işdən çıxarıb. İsveçrənin Credit Suisse bankı da işçilərini ixtisar etmək qərarına gəlib. Bank 2025-ci ilə qədər işçilərin 17 faizini ixtisar etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram