2021 "Emmi" mükafatına namizəd göstərilən ən yaxşı reklam filmləri | Banco.az

2021 "Emmi" mükafatına namizəd göstərilən ən yaxşı reklam filmləri

Tamara Mustafayeva, Banco.az

2021 "Emmi" Mükafatları "Ən Yaxşı Reklam" kateqoriyası üzrə namizədləri açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu il sayca 73-cüsü keçiriləcək "Emmi" mükafatlarının "Ən Yaxşı Reklam" kateqoriyası üzrə altı namizədi var. "Apple" və "Nike" iki, "Beats" və "Amazon" isə bir reklam filmi ilə namizəd olublar. Namizəd göstərilən altı reklam filmi "Wieden+Kennedy", "Lucky Generals", "Translation", "In-house" və "TBWA\Media Arts Lab" reklam agentliklərinin imzasını daşıyır. Bu ilki reklam filmləri cari mövzulara və hekayə nəqledilməsinə fokuslanıb. 

Qeyd edək ki, ötən il "Emmi" mükafatını "Back to school essentials" adlı reklamla "Sandy Hook Promise" şirkəti qazanmışdı.

İndi isə gəlin 2021-ci ilin namizdələrini tanıyaq:

1) Apple AirPods Pro - ‘Jump’

Agentlik: TBWA\Media Arts Lab
İstehsal Şirkəti: Imperial Woodpecker

2) Apple Watch Series 6 - ‘It Already Does That’

Agentlik: In-house
İstehsal Şirkəti: MJZ

3) Amazon - ‘Alexa’s Body’

Agentlik: Lucky Generals
İstehsal Şirkəti: Hungry Man

Ən sərfəli kredit üçün müraciət et

4) Beats by Dre - ‘You Love Me’

Agentlik: Translation
İstehsal Şirkəti: Prettybird

5) Nike - ‘Better: Mamba Forever’

Agentlik: Wieden + Kennedy
İstehsal Şirkəti: Prettybird

6) Nike - ‘You Can’t Stop Us’

Agentlik: Wieden + Kennedy
İstehsal Şirkəti: Pulse

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et