2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Sığorta sektorunun maliyyə dayanıqlığının artırılması, habelə sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabraylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdəən böyük artım tibbi sığorta üzrə olmuşdur.Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manatartım müşahidə edilmişdir. Könüllü növlər üzrə əmlak sığortası növlərindənnəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat,su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat,hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artmışdır. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% vəya 5.1 mln.manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdəhəyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat,avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat  və həyatın yaşam sığortası 2.6mln. manat artım olub. Azalma isəəsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

2019-cu ilin yanvar-oktyabrayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et