2018 Davos Forumunun əsas texniki müzakirə mövzuları hansı texnologiyalar oldu | Banco.az

2018 Davos Forumunun əsas texniki müzakirə mövzuları hansı texnologiyalar oldu

Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik iclasına qatılan aparıcı biznes və siyasi liderlərin əsas müzakirə mövzusunun mərkəzində böyük texnoloji trendlər durmuşdur.

Bu qlobal ticarətdə liderliyi qorumaq üçün İnformasiya və Kommunikasiya Texnologiyalarının(İKT) vacibliyinin nə qədər önəm kəsb etməsini bir daha sübüt edir. Davosda iştirak edən dünya texnoloji biznesinin parlaq simaları Cek Ma(Jack Ma), İngiltərənin baş naziri Tereza Mey(Theresa May) süni intellekt haqda geniş məruzə etmişlər. Cek Ma dünyanın yeni texnoloji transformasiya dövrü yaşadığını bildirməklə süni intellektin bu transformasiyadakı rolundan danışmışdır. O Davosdakı çıxışında hər texnoloji inqlabın dünyanı balanslaşdırılmamış(unbalanced) etdiyini bildirmişdir. O texnologiyanın rolu haqqında danışarkən insanlığın qabaqcıl texnologiya hazırlayarkən ehtiyatlı olmasını xəbərdar etmişdir. Cek Ma süni intellektin, big datanın insanlığın mövcud olmasına təhdid deyil bu texnologiyanın insanlığın mövcud olmasına dəstək verməli olduğu düşüncəsini qeyd etmişdir. Ümumiyyətlə Davosda liderlərin əsas düşündüyü texnoloji mövzu süni intellekt olmuşdur.

Davosda İngiltərənin baş naziri Tereza Meydə süni intellekt mövzusuna toxunaraq son 3 ildə Birləşmiş Krallıqda hər həftə yeni bir süni intellekt startapının yaradılmasını bildirmiş və bununla bağlı yeni hökumət fondunun yaradılmasını qeyd etmişdir. O çıxışında süni intellekt sayəsində özüidarə edilən maşınlar(self-driving car) sayəsində yollarda ölüm hallarını azaltmaqla bu texnologiyanın dünyanın mənzərəsini dəyişəcəyini bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Fransa Prezidenti Emmanuel Makronunda ötən həftə Parisdə texnoloji sektora, xüsusilə süni intellektə dəyəri 10 milyard avro olan innovasiya mərkəzinin açılması haqqında məlumat verilmişdir.

Davosdakı liderlərin bir çoxu blokçeyn(blockchain) texnologiyası haqqında məruzə ilə çıxış etmişlər. Bir çox məruzəçilər bu texnologiyanın xüsusilə bank sektorunda inqilabi dəyişikliklərə qadir olması haqqında məruzə etmişlər. Hətta bəzi ölkələr forum çərçivəsində bu mövzuda pavilyonlar təşkil etmişlər.

Genişzolaqlı internetə digər yarını birləşdirək” adı altında Davosdakı xüsusi sesiyada “BMT-nin Dayanaqlı İnkişaf üçün Genişzolaqlı(broadband) Komissiya“sı dünyanın 3,8 milyard vətəndaşının internetə çıxışını təmin etmək, onları internetə bağlamaq üçün ən yeni qlobal hədəfləri elan etmişdir. Bununla bağlı BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinin 2025-ci il hədəfləri haqqında sesiyada geniş məruzə edilmişdir.

Göründüyü kimi 2018-ci ilin Davos forumunun əsas texnoloji müzakirə mövzuları-süni intellekt, blokçeyn, genişzolaq və big data olmuşdur.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et