KİMDİR O? - JACK MA | Banco.az

KİMDİR O? - JACK MA

Çinli iş adamı, daha doğrusu peşəkar iş bazarının nəhəngi Jack Ma, internet vasitəsi ilə online formada fəaliyyət göstərən Alibaba Qrupun qurucusu və rəhbəridir. Dünyaca məşhur Forbes jurnalının 2015-ci il Sentyabr ayının dərcindəki məqaləyə görə, Jack Ma, Çinin ikinci, dünyanın isə 33-cü ən varlı şəxsi siyahısına daxil olub. Jack Ma 1964-cü ildə Çində Yun Ma adı ilə dünyaya gəlib. 12 yaşında İngilis dilində öyrənməyə başlayıb və bunun təzahüründə, Hanhzhoudakı otellərə gələn turist qonaqları gəzdirərək öz şəhərinin təqdimatı ilə məşğul olan Jack, qısa müddətdə bu vasitə ilə ingilis dilini də yüksək səviyyədə inkişaf etdirib. O, 8 il müddətində  heç bir qarşılıq almadan bu işlə məşğul olur. Bu işi müddətində Ma Avstraliyalı bir ailə ilə  yaxından tanış olur,  nəhayətində bu dostluğunu gələcəyə daşıyır. Bu vasitə ilə, dost olduğu ailənin ölkəsini ziyarətə gedir, ziyarəti müddətində onun daxilində yeni həvəs ocaqları alovlanmağa başlayır.

Ma, əslində gənc yaşlarında çox saylı iş yerlərindən rədd cavabları almış, amma doğru bildiyi yoldan heç əl çəkməyən bir insandır.  KFC-dəki  işə alım prosesində, 24 nəfərdən yalnız 1 nəfər olan  Jack Ma rədd cavabı almışdır. Hətta Ma universitet üçün qəbul prosesinə iki dəfə cəhd etsə də qəbul ola bilməmişdi. Hangzhou Universitetindən İngilis dili fakultəsindən məzun olaraq müəllim olaraq həyatına davam edən Jack Ma 1995-ci ildə də Çinli bir firmada müxtəlif şirkətlər üçün tərcümə xidmətləri də göstərmişdir. Bu xidməti zamanlarında tez-tez kompyuterdən istifadə edən Ma internetin əsas məna nöqteyi mövqesini qavrayaraq internet üzərindən işlər prosesinə qoşulmağı ağlına qoyur.

Ma internetlə dərindən tanış olduqdan sonra öz dostları ilə China Pages adında internet saytı daxil olmaqla müxtəlif internet üzərindən ticarət işinə qatıldıqdan sonra, 1999-cu ilin Aprel ayında 17 dostu ilə birlikdə Alibabayı yaradır. Bu şirkət çox qısa müddətdə böyük uğur əldə edir və Goldman Sachs, SoftBank kimi şirkətlərdən investisiya qazanır. 2003-cü ildə e-bay”a müəyyən qədər bənzəyən alış-veriş saytı Taobao-yu da quraraq öz fikirlərini daha da təkmilləşdirən Ma, yüksək səviyyədə inkişaf etdirdiyi Taobaon-un inkişaf prosesindən ilhamlanaraq, daha mükəmməl formada bazardakı fəaliyyətini davam etdirir. E-bay şirkəti bu əvəzsiz inkişafı görüb Taobao-nu almaq təşəbbüsünü irəli sürür, lakin, Jack Ma bunu rədd edir.

Ən sərfəli kredit üçün müraciət et

90-cı illərin sonlarında Jack Ma, Yahoo!-nun qurucusu Jerry Yang ilə tanış olur hətta bu tanışlıq onları dostluğa və ortaqlığa qədər sürətlənir. Yahoo, 2005-ci ildə Alibaba-nın 100-də 40 hissəsini 1 milyar dollara satın alır. Jack Ma şirkətin qurulduğu gündən 2013-cü ilin May ayından həm şirkət sahibi həm də CEO olaraq işini davam etdirir. Alibaba, 19 sentyabr 2014-cü ildə New York bazarında etdiyi 24.7 milyar dollar həcmindəki öz hissələrini satışa çıxararaq, bu prosesin ən böyüyünü  həyata keçirir və bu sahədə yeni tarix yazır.

Jack Ma-nın ilhamverici sözləri…

‘‘Bugün qəddardır. Sabah daha da qəddardır. Sabahdan sonrakı gün isə çox gözəl olacaq.’’

‘‘Əgər getdiyin yoldan  əl çəkməsən, demək ki hələ də şansın var. Əgər kiçiksənsə, gücündən əlavə beyninə güvənib, prosesə fokuslanmalısan.’’

‘‘E-ticarəti  davam etdirməyin ən önəmli şərti ondan ibarətdir ki, bu anda etdiyimiz iş nədirsə bütün cəsarətimiz, inanımızla davam etdirməliyik.”         

Aygül Rüstəmi

Ən sərfəli krediti almaq üçün müraciət et