2018-ci ildə Ethereum 3 dəfə artacaq | Banco.az

2018-ci ildə Ethereum 3 dəfə artacaq

Ethereum-un ortaq qurucusu Stiven Nerayoffun fikrincə, bu kriptovalyuta üzərində qurulan artan layihələr 2018-ci ildə Ethereum-un Bitcoin-i keçməsinə səbəb ola bilər.

Nerayoff “CNBC”-yə verdiyi açıqlamada “Ethereum ilə gördüyünüz mənzərə layihələrin sayındakı artımdır – hazırda bu ekosistemə milyonlarla dollar axır – bəlkə də ötən ildən 10 qat çox layihə olması asan şəkildə Ethereum-un dəyərini iki dəfə, hətta ilin sonunadək 3 dəfə artıra bilər”, – deyə bildirib.

Bitcoin elektron bir ödəmə üsulu olaraq hazırlanarkən, Ethereum isə xüsusi şərtlər bir araya gəldikdə icra ediləcək ağıllı kontraktlar kimi hazırlanıb. Ethereum layihəsi üçün token satışlarına kömək edən Nerayoff getdikcə artan və geniş diapazona malik sənayelərdəki əməliyyatların tədricən Ethereum protokolunun onlara təklif etdiyi üsullarla maraqlanmağa başladığını söyləyib.

Nerayoff “Geniş diapazona məxsus sənaye dünyasında böyük bir inkişaf görürük. Maliyyə texnologiyası əslində təbii bir sahədir, ancaq hazırda bunun çox daha yaradıcı olduğunu görürsünüz – neft və qaz sənayesində layihələr, öz tətbiqlərində istifadə hökumətlər, oyunlar, bütün bu fərqli sahələrdə bunu görə bilirsiniz”, – deyib.

Layihədən kənar Nerayoff Ethereum-un istifadəsinin artdığını, çünki əməliyyatları rəqiblərinə görə daha sürətli və ucuz edə bildiyini söyləyib:

Ən sərfəli kredit üçün müraciət et

“İnsanlar əslində onu bir dəyər vahidi kimi istifadə edirlər”.

Nerayoff “aşağı əməliyyat xərcləri bütün şəbəkənin daha çox istifadə edilməsinə səbəb olur və bu vəziyyət şəbəkənin təsirlərini də artırır. Daha çox istifadəçi bu platforma üzərində inşa edilən daha çox layihə ə daha çox proqramçı var”, – deyə vurğulayıb.

Özgüvəni ilə yanaşı, Nerayoff Bitcoin-i də unutmur və 2017-ci ildə kriptovalyutaya ilham mənbəyi olmasını da inkar etmir:

“Bütün sahə getdikcə böyüyür. Cəmiyyət tərəfindən böyük bir maraq yarandı və insanların investisiya qoya biləcəyi sahələr genişləndi, hətta Bitcoin də belə. Beləliklə, bütün sahələrdə inkişaf görə bilərsiniz”.

Bütün kriptovalyutalar Ethereum da daxil olmaqla, xəbərdarlıq sözlərini dinləməlidirlər

Bitcoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində - Kriptovalyutalar

kripto.az