2015-ci ilin ilk 5 ayı hansı sığorta şirkətləri üçün uğurlu olub? | Banco.az

2015-ci ilin ilk 5 ayı hansı sığorta şirkətləri üçün uğurlu olub?

Banco.az saytı olaraq cari ilin ilk 5  ayı ərzində sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırma etmişik. Azərbaycan Respublikasi Maliyyə Nazirliyi Dövlət Siğorta Nəzarəti Xidməti-nin rəsmi saytına istinadən yanvar-may ayları demək olar ki, əksər sığorta şirkətləri üçün uğurlu olub. Belə ki, göstərilən dövrdə Paşa və Paşa Həyat Sığorta Şirkətlərinin hər birində sığorta haqqlarının dəyəri  29 mln manatı aşıb. Adı çəkilən şirkətlərin sığorta hadisə zamanı çəkdiyi  xərclərin miqdarı isə müvafiq olaraq 11 mln və 4 mln manatdan bir qədər artıq olub.

Atəşgah, Atəşgah Həyat, Azsığorta və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində isə yanvar-may  aylarında 14 mln manatdan bir qədər artıq məbləğdə ödəmələr həyata keçirilib. Ölkə üzrə isə maksimal məbləğdə sığorta haqqı isə (35 953 407,45) Paşa Sığortanın payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

A-Qroup Sığorta və Günay Sığorta Şirkəti üçün isə müvafiq dövr o qədər də uğurlu olmayıb.. Şirkətin sığorta ödənişləri sığorta haqqlarını 457324,11 manat üstələyib. İkinci şirkətdə isə fərq 227,72 manat təşkil edib.

 Çartis Azərbaycan Sığorta Şirkətlərinin 2015-ci ilin yanvar və may ayları üçün  sığorta haqqları 0 manata, sığorta ödənişi isə 13 198,00 manata təşkil bərabər olub.

Yerdə qalan bütün şirkətlərdə isə  sığorta haqqları sığorta ödənişlərindən çox olub.