2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat | Banco.az

2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı yayımlanmışdır. Bəyanatda Mərkəzi Bankın 2014-cü ildəki fəaliyyətinin təhlili və 2015-ci il üçün siyasətin əsas istiqamətləri öz əksini tapmışdır.

Bəyanatda qeyd olunur ki, Mərkəzi Bank ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi artım və şaxələnmə siyasətinə uyğun olaraq 2014-cü ildə də ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında fəal iştirak etmişdir. Qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq cari ildə ölkədə makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunmuş, inflyasiya aşağı təkrəqəmli səviyyədə saxlanılmış, manat bir daha özünü sabit valyuta kimi təsdiq etmişdir. Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada tarazlığı təmin etmişdir. 2014-cü ildə iqtisadi tsikldəki meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaltmışdır.İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunmuş, bank sektorunun iqtisadi artımda və investisiya fəallığının dəstəklənməsində rolu daha da artmış, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənmişdir.Bankların maliyyələşmə mənbələrinin dəyərinin azaldılması, biznes kreditləri üzrə xərclərin optimallaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

2015-ci ilin pul və məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcəkdir. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcəkdir. Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaqdır. İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul siyasətinin çevikliyi artırılacaq, bu siyasətin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Növbəti ildə bank sektorunda maliyyə sabitliyinin təmin olunması üçün prudensial nəzarət gücləndiriləcək, kontr-tsiklik tənzimləmə davam etdiriləcəkdir. Biznes kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, real sektorun kreditləşdirilməsinin stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm prioritetlər olacaqdır. Faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et