Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında Azərbaycana 979 min 963 nəfər turist (illik müqayisədə 1,5% çox) gəlib.
Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycana ən çox turist Rusiyadan gəlib.
Bu ölkədən gələnlərin sayı 241 min 154 nəfər olub. Bu, 2024-cü ilin (277 min 692 nəfər) eyni dövrü ilə müqayisədə 13,2% çoxdur. Türkiyədən gələnlərin sayı 1% azalaraq 173 min 473 nəfərə enib. Gürcüstandan gələnlərin sayı isə 2,6% artaraq 43 min 27 nəfərə yüksəlib.
Ötən ilin eyni dövründə Türkiyədən və Gürcüstandan gələnlərin sayı müvafiq olaraq 175 min 288 və 41 min 936 nəfərə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!