2015-ci il ilə müqayisədə bankların kapital adekvatlığı əmsalı necə dəyişib? | Banco.az

2015-ci il ilə müqayisədə bankların kapital adekvatlığı əmsalı necə dəyişib?

Kapital adekvatlığı əmsalı haqqında keçən mövzumuzda ətraflı danışmış, 2015-ci il üzrə bankların kapital adekvatlığı əmsalını sizə təqdim etmişdik.

Banco.az olaraq bu günkü araşdırmamızın məqsədi isə 2016-cı ilin birinci rübünə bankların kapital adekvatlığı əmsalı göstəricilərini sizin nəzərinizə çatdırmaq və onları 2015-ci il göstəriciləri ilə müqayisə etməkdir. 

Cari ilin birinci rübü üzrə “Bank kapitalının strukturu və adekvatlğı haqqında məlumatı”nı dərc edən bankların kapital adekvatlığı əmsalları və onların keçən il ilə müqayisəsi aşağıdakı cədvəldə əks olunmuşdur:

BANKLAR

KAPITAL ADEKVATLIĞI ƏMSALI

Tarix (2015)

KAPITAL ADEKVATLIĞI ƏMSALI

Tarix (2016)

Fərq

BANK AVRASİYA

51.27 %

31.12.2015

58.54%

30.04.2016

7.27%

ZIRAAT BANKI

46.30%

31.12.2015

36.20%

31.03.2016

-10.1%

KAPİTAL BANK

19.50%

31.12.2015

19.70%

31.03.2016

0.2%

PAŞA BANK

17.13%

31.12.2015

19.57%

31.03.2016

2.44%

BANK OF BAKU

13.76%

31.12.2015

119.51%

31.03.2016

5.75%

ASB BANK

18.15%

31.12.2015

18.21%

31.03.2016

0.06%

AG BANK

12.12%

31.01.2015

16.57%

31.03.2016

4.45%

MUĞANBANK

12.85%

31.12.2015

14.36%

31.03.2016

1.51%

Ən sərfəli kredit üçün müraciət et

Bildiyimiz kimi, Mərkəzi Bank tərəfindən tələb olunan minimum əmsal 12%-dir. Cari ilin göstəricilərini 2015-ci il ilə müqayisə etdikdə bir çox bankların kapital adekvatlığı əmsalında artım müşahidə edə bilərik. Bu isə müsbət haldır. Azalma isə yalnız Ziraat Bankda müşahidə olunur ki, bu da 10.1%-dir.

2015-ci il üzrə bir çox bankların adekvatlıq əmsalları ilə buraya daxil olaraq, tanış ola bilərsiniz.