Bildiyimiz kimi, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbə əsasən kapital adekvatlığı əmsalı 12%-dən az olmamalıdır. Banco.az-ın araşdırmalarına görə 2015-ci il üzrə bankların kapital adekvatlığı əmsalları toplanmış və cədvəl şəklinə gətirilmişdir. Aşağıdakı cədvəldən bu haqda məlumatla tanış ola bilərsiniz :
| 
 BANK  | 
 KAPİTAL ADEKVATLIĞI ƏMSALI  | 
 TARİX  | 
| 
 BANK AVRASİYA  | 
 51.27%  | 
 31.12.2015  | 
| 
 ZIRAAT BANKI  | 
 46.30%  | 
 31.12.2015  | 
| 
 EXPRESSBANK  | 
 42.52 %  | 
 31.12.2015  | 
| 
 NBC BANK  | 
 40.85%  | 
 30.11.2015  | 
| 
 BANK BTB  | 
 35.47%  | 
 31.12.2015  | 
| 
 PARABANK  | 
 35.46%  | 
 30.06.2015  | 
| 
 DEKA BANK  | 
 35.14%  | 
 01.10.2015  | 
| 
 ACCESS BANK  | 
 20.47%  | 
 31.12.2015  | 
| 
 BANK RESPUBLİKA  | 
 19.67%  | 
 30.09.2015  | 
| 
 KAPİTAL BANK  | 
 19.50%  | 
 31.12.2015  | 
| 
 ASB BANK  | 
 18.15%  | 
 31.12.2015  | 
| 
 PAŞA BANK  | 
 17.13%  | 
 31.12.2015  | 
| 
 TURAN BANK  | 
 16.46%  | 
 31.12.2015  | 
| 
 AZƏR TÜRK BANK  | 
 15.68%  | 
 01.07.2015  | 
| 
 VTB BANK AZƏRBAYCAN  | 
 15.24%  | 
 30.09.2015  | 
| 
 DƏMİR BANK  | 
 14.07%  | 
 01.09.2015  | 
| 
 BANK OF BAKU  | 
 13.76%  | 
 31.12.2015  | 
| 
 MUĞANBANK  | 
 12.85%  | 
 31.12.2015  | 
| 
 AG BANK  | 
 12.12%  | 
 31.01.2015  | 
Cədvəldən gördüyümüz kimi, bütün banklarda bu əmsal 12%-i ötmüşdür. Bəzi banklarda kapital adekvatlığı əmsalı 12%-dən çox yüksək olsa da, bəzi banklarda bu göstərici 12%-i cox az faizlə keçmişdir.
Cədvəldə məlumatları əks olunan banklar 2015-ci il üzrə "Kapitalın strukturu və adekvatlığı" haqqında maliyyə göstəricilərini dərc edən banklardır.
