142 ölkənin maliyyə dayanıqlığı üzrə proqnozu "neqativ"dir | Banco.az

142 ölkənin maliyyə dayanıqlığı üzrə proqnozu "neqativ"dir

“Moody’s” beynəlxalq reytinq agentliyi 142 ölkənin maliyyə dayanıqlığı üzrə proqnozunu endirib.

“Moody’s” 142 dövlətin 2020-ci il üçün maliyyə dayanıqlığı proqnozunu "stabil"dən "neqativ"ə endirib.

Buna səbəb olaraq agentlik 142 suveren dövlətin 63,2 trln. dollarlıq borcuna görə risklərin artması və bunun nəticəsində qlobal vəziyyətin daha da gözlənilməz olmasını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Moody’s”in fikrincə, geosiyasi gərginliyin təsirlərindən biri də ticarət sahəsində olan problemlərdir ki, bu da əsasən ABŞ və Çin arasındakı qarşıdurmadan irəli gəlir.

Qeyd edək ki, agentlik Türkiyə, Suriya, İran, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı və Yəmən kimi ölkələrdə geosiyasi riskləri görür. Ticarət müharibələrinin riskləri isə ABŞ, Çin, Koreya, Yaponiya, Böyük Britaniya, habelə Avropa İttifaqı ölkələrində mümkündür.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et