10 fikirlə həyatınızı dəyişmək üçün 5 dəqiqəniz var? | Banco.az

10 fikirlə həyatınızı dəyişmək üçün 5 dəqiqəniz var?

Həyatın sadə olduğunu söyləyən insanlar var. Onlar da bilirlər ki, bu, heç də belə deyil. Ancaq bildiklərindən daha qiymətli bir şey var:

Düşüncə tərziniz həyatda əldə etdiyiniz nəticələri ortaya qoyar. Amma düşünmək çətin işdir. Buna görə kifayət qədər tez-tez bunu etmirik. Helen Keller bu barədə deyir:

“İnsanlar düşünməyi sevməzlər. Çünki biri əgər düşünərsə, bəzi nəticələrə çatır və bu nəticələr həmişə xoş olmur”.

İndi sizlərlə 10 maddəlik fikirlərimizin ilki ilə başlayaq.

1. Böyük düşünün, kiçik hərəkət edin.

Böyük bir şirkət yaratmaq istəyirsiniz? İnsanların həyatını dəyişmək? Dünyaya qatqı vermək? Milyon dollar qazanmaq?

Bu ideyaları düşündüyünüz zaman heç bir fikrin sizə müdaxilə etməsinə icazə verməyin. Aşağıdakı nümunələr kimi…

  • “Bu çox çətindir”.
  • “Digər insanlar artıq bunu edirlər”.

Nə olsun ki? Siz isə yüksəkləri hədəf alın. İtirəcək heçnəyiniz yoxdur. Sadəcə əmin olun ki, kiçik davranırsınız. İşə qoyulun və praktikada qalın. Ancaq özünüzə aşağı hədəflər qoyduğunuzda nəticə də həmişə aşağı qalacaq.

2. Problemlər əslində cavabsız suallardır.

İnsanların problemlə üzləşdikdə qorxması çox mənasızdır. Bir problem ilə birlikdə stress çəkirsinizsə, prinsip olaraq həyatınızı çətinləşdirirsiniz. Belə ki, problem qarşısında aciz qalmaq tamamilə gərəksizdir.

Əgər problem ilə qarşılaşsanız, bunu yadda saxlayın: problem cavabsız sualdan başqa bir şey deyil. Sonra sakitləşin və cavabını axtarın.

3. Əlaqələrinizi möhkəm təməl üzərində qurun.

Yanlış əlaqələrin təməlində yanlış səbəblər vardır: pul, yalnızlıq qalmaq qorxusu durur. Əlaqələriniz bu təməllər ilə bir-birinə bağlanırsa, ya da bir neçə dəfə yaxılaşdırmağa çalışışıb da bir nəticə əldə edə bilmədiyiniz bir əlaqədirsə, ona son verin. Sevginin tərsi yoxdur. Birini sevərkən ondan eyni zamanda nifrət edə bilməzsiniz. Nəticə olaraq bütün əlaqələrin sonu bu sona gəlir. Sevgi, hörmət, dəstək, güvən, səbr, üzüntü və gülüş.

4. Həyatda heç bir şey pulsuz deyil.

Onu necə döndərdiyinizdən asılı olmayaraq pul, vaxt və ya digər resurslar ilə hansı bir şəkildə bir şey qarşılıq ödəməlisiniz. Həyat işdir. Ağıllı iş adamları resurslarını ağıllı şəkildə sərf edirlər. Necə? Hesablamalar edərək. Resurslarınızı diqqətlə sərf edin. (xüsusilə vaxtınızı)

5. Heç vaxt qərar verməkdən qorxmayın.

Qərarların qəbul etməməyin heç bir zərər olmadığını düşünə bilərsiniz, ancaq səhv edirsiniz. Qərarların qəbul edilməməsinin ən pis hissəsi “güc tətiyi”nin basılmamasıdır. Gözləyin, təxirə salın, şübhə edin, çox araşdırma aparın. Bunlar hamısı faydasız və vaxt aparan şeylərdir. Strategiyanızı yaradın və işə qoyulun. Əgər siz səhv qərar qəbul etsəniz, həmin şəxsdən (bu sizin də ola bilərsiniz) üzr istəyib başqa qərar qəbul edin.

Ən sərfəli kredit üçün müraciət et

6. Bu gün lider olmağa qərar verin.

Bəzən bir lider, bəzən bir təqibçi. Məsələn, işdə lider olduğunuzda evin liderini təqib edən bir təqibçi ola bilərsiniz. Burada yanlış bir şey yoxdur. Bundan əlavə, bir lider olmaq sizin şəxsi ünvanınız ilə heç bir əlaqəsi yoxdur. Yanlış olan bilirsiniz nədir? Bir problem olarkən hər kəsin bir-birinə baxıb heç kimin məsuliyyəti öz üzərinə götürmək istəməməsidir. Məsuliyyəti öz üzərinə götürməyə qərar verin. Bunu həll etdikdən sonra liderə çevriləcəksiniz!

7. Özünüzü satıcı kimi düşünün.

Hər kəs bir satıcıdır. Əlaqələrin ilk anlarında, özünüzü satıcı kimi qarşılaşdığınız insana satmağa çalışırsınız. Eyni iş üçün müraciət edərkən belə olur. Satışda şəffaf, dürüst və aydın olun. Artıq sizi sevməyən insanlara vaxtınızı sərf etməyin. Satış, nə qədər insanın sizi və ya məhsulunuzu istəmədiyi ilə əlaqəli deyil.

8. Özünə inamınızı artırmaq istəyirsinizsə, bacarıqlarınızı artırın.

Özünüzə inanmırsınızsa, bu inamı motivasiya aksiyaları, söhbətlər və ya kitablar ilə artırmağa çalışmayın. Özünə inam bir işdə uğurlu ilərləmələr olarkən inkişaf edir. Özünə inam uğurlu nəticələri görərək, öyrənərək uzun illər ərzində bu prosesi təkrarlayaraq yaranır. Siz nail olsanız, özünə inamınız hər gün artacaq.

9. Dostlarınıza dəyər verin.

Biz sosial varlıqlarıq. Tək olduğumuz zaman tez ölürük. Bir dostunuza ehtiyacınız olmadığını düşünə bilərsiniz, amma inanın ki, var. Bir-birinizə yaxşı davranın və dostlarınızın yaşam tərzlərinə hörmət edin. Dostluğa daha çox diqqət yetirməyə başlayın, xüsusilə böyüdükdə və böyük məsuliyyət götürdüyünüzdə. Hər şey dəyişir. İnsanlar da dəyişir. Lakin bəzi əlaqələr əbədi qala bilər.

10. Xoşbəxtlik bir seçimdir.

Siz öz düşüncələrinizi idarə edirsiniz. Bu, həyatınız ilə nə etmək istədiyiniz mənasına gəlir. Əgər qəzəbli və kinlisinizsə, həyatınız da elədir. Heç vaxt “ Əsla xoşbəxt ola bilməyəcəm. Bunun üçün son model bir maşına və bahalı bir villaya ehtiyacım var” tipli neqativ cümlələr işlətməyin və düşünməyin. Hal-hazırkı həyatınız ilə xoşbəxt olmağı bacarın ki, pozitiv düşüncələri də özünüzə çəkə biləsiniz.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et