Rabitəbank
Xəzinədar
Vakansiya haqqında məlumat:
Vəzifə: Xəzinədar
Vəzifəyə olan tələblər:
- Ali və ya orta texniki təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çapetmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması və aparılan əməliyyatların Milli Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğunluğunun təmin edilməsi.
- Müştərilərə xəzinə xidməti göstərilməsi.
- Valyuta-mübadilə əməliyyatlarının aparılması.
- Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlanması.
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını Bankdaxili ASBank sisteminə daxil edilməsi.
- Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.