Əmək haqqı və Biznes kartları üzrə təcrübəçi | Banco.az
Unibank

Əmək haqqı və Biznes kartları üzrə təcrübəçi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək;
  • Bank kartları üzrə bazar araşdırması aparmaq, rəqabətə davamlı şərtlər təklif etmək;
  • Bank kartları bazarında müasir tendensiyaları izləmək, məhsulun inkişafı yönündə işlər görmək;
  • Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarını idarə etmək və prioritetləşdirmək;
  • Məhsulun yaradılmasında, inkişafında və biznes göstəricilərə nəzarətində birbaşa iştirak etmək;
  • Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;
  • Müvafiq istiqamət üzrə əsasnamələrin, tariflərin və təlimatların mütəmadi monitorinqi və yenilənməsini həyata keçirmək;
  • Məhsulun gəlirliyini və effektivliyini əks etdirən hesabatlar hazırlamaq və təkminləşdirmək.

Nəticədə əldə ediləcək biliklər:

  • Bank sistemləri və kartların istehsalı prosesi barədə praktiki bilik;
  • Müxtəlif kart növləri və onların fərqləri haqqında məlumat;
  • Məlumatların təhlükəsiz ötürülməsi və işlənməsi qaydaları;
  • Korporativ mühitdə və komandada işləmə bacarığı;
  • Beynəlxalq ödəniş sistemlərinin iş prinsipi barədə biliklər.

 

Tələblər

  • Maliyyə, bank işi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil alan tələbə və ya yeni məzun;
  • Azərbaycan dilində şifahi, yazılı ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır);
  • MC Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü analitik təhlil bacarığı;
  • Güclü etik prinsiplər və məxfi məlumatların qorunmasına həssas yanaşma;
  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
  • Komandada işləmək və konstruktiv ünsiyyət bacarığı.

Müraciət üçün daxil olun