Təsərrüfat və təchizat şöbəsi müdiri | Banco.az
Turanbank

Təsərrüfat və təchizat şöbəsi müdiri

Vakansiya haqqında məlumat: 

 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Azərbaycan və rus dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı;
  • Ms. Office proqramları, Excel əla səviyyədə;
  • Məsuliyyətli, dəqiq və işinin vaxtında, keyfiyyətli təhvil verilməsi bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Satınalmalar üzrə şərtlər toplusunu hazırlayır, kotirovkalar keçirir;
  • Bankın strateji planına və illik büdcəsinə uyğun olaraq Bankın və onun satış kanallarının əsas vəsait və azqiymətlilərə olan ehtiyaclarını müəyyən edir;
  • Struktur vahidlərindən texniki avadanlıq, ləvazimat və materiallara olan ehtiyaclar barədə sifarişləri qəbul edir, onların icrasını təmin edir və təchiz edir (hər bir struktur vahidi üçün ayrılmış büdcə daxilində);
  • Bankın satınalmalar üzrə müqavilələrinin reyestrini aparır, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
  • Alınmış və istismara verilməmiş və ya istifadədən geri götürülmüş və ya çıxarılmış inventarların anbar uçotunu aparır, inventar və azqiymətli tez xarabolan mal-materialların texniki-sanitar qaydalara uyğun saxlanılması, onların qüvvədə olan qanunvericilik və bankdaxili qaydalara uyğun hərəkətini təmin edir;
  • Bankın və onun satış kanallarının texniki yenilənməsini təmin edir;
  • Bankın və onun satış kanallarının bina və qurğularının texniki və sanitar qaydalara uyğun saxlanılmasını təmin edir, işçilər üçün təhlükəsiz iş yerlərinin yaradılması üzrə rəhbərliyin tapşırıqlarını yerinə yetirir;
  • Bankın bütün ofislərinin cari və əsaslı təmirini təşkil edir, yeni ofislərin tikilməsi, təmiri və yenidənqurulması, bununla əlaqədar sənədləşmələrin aparılması işlərini təşkil edir;
  • Bankın ofisinin, o cümlədən işçilərin iş yerlərinin təmiz və sanitar qaydalara uyğun saxlanılmasını təmin edir;
  • Bankomatların texniki təmiri işlərini təşkil edir;
  • Bankın avtomobil parkının saz və işlək vəziyyətdə olmasını təmin edir;
  • Texniki sığorta hadisələri üzrə müqavilə öhdəliklərinin sığorta şirkətləri tərəfindən icrasına nəzarət edir;
  • Bankın bütün ofislərində yanğın təhlükəsizliyi üzrə qüvvədə olan qanunvericilik və bankdaxili qaydalara riayət olunmasını təmin edir;
  • Bankın telekommunikasiya və kommunal xidmətləri şəbəkəsinin texniki cəhətdən saz olmasını təmin edir;

Anketlərinizi  [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Təsərrüfat və təchizat şöbəsi müdiri” yazmağı unutmayın.   

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et