Sistem İnzibatçısı
"Rabitəbank" ASC İT İnfrastrukturu Departamentinin, İnfrastrukturun İdarə Edilməsi Şöbəsində Sistem İnzibatçısı vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
- Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
- Server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
- Server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
- İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Bakalavr dərəcəsi (İT sahəsi arzuolunandı);
- Aşağıda sadalanan sistemlər üzrə 3 illik təcrübə:
- Microsoft Windows Server 2016 ; Microsoft Windows Server 2019; Active Directory; DNS; DHCP; IIS; File Services; DFS; Print Services; Terminal Services; WSUS, CAU;
- Microsoft Exchange Server 2016/2019;
- Windows 10/11;
- Microsoft System Center Configuration Manager 2012/2016; Microsoft System Center Operations Manager 2012/2016; Microsoft System Center Data Protection Manager 2012/2016;
- VMware vSphere, VMware HCI;
- Zabbix Platform and other monitoring tools;
- General knowledge of networking (TCP/IP, HTTP, Load Balancers, Proxies, Firewalls)
- SAN storage equipement (HP), SAN switches (Brocade) təcrübə;
- İnformasiya təhlükəsizliyi prinsiplərini dərk etmək;
- Enterprise server hardware dəstəyi təcrübəsi;
- “Microsoft Certified Solutions Expert (MCSE)”, “Microsoft Certified Solutions Associate (MCSA)” üzrə sertifikatı olan kandidatlara üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem İnzibatçısı” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33