Səyyar kart satışı üzrə baş mütəxəssis | Banco.az
Rabitəbank

Səyyar kart satışı üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Rabitabank” ASC  Riteyl Bankçılıq departamentinə, səyyar kart satışı üzrə baş mütəxəssis vəzifəsinə  işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə bank məhsul və xidmətlərinin səyyar satışını həyata keçirmək;
  • Müştərilərə bankın məhsul və xidmətləri üzrə məlumatlar vermək;
  • Sənədləri yoxlamaq və qaydaya uyğun arxivə təhvil vermək;
  • Müştərilərlə əlaqə saxlamaq, onlara zəruri olan kömək və diqqət göstərmək;
  • Öz fəaliyyəti üzrə statistik və digər məlumatları müəyyən olunmuş qaydada təqdim etmək;

Vəzifəyə olan tələblər:

  • Ali təhsilin olması;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Bakı və Abşeron üzrə ünvanları yaxşı tanımaq;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Dəqiqlik, vaxtın düzgün idarə olunması qabiliyyəti;
  • Azərbaycan dili biliyi səlis, rus dili biliyi arzuolunandır;
  • Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir.

      Qeyd: aylıq yanacaq xərci Bank tərəfindən qarşılanacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  02.06.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “səyyar kart satışı üzrə baş mütəxəssis ” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et