Şəbəkə İnzibatçısı
"Rabitəbank" ASC İT İnfrastrukturu Departamentinin, İnfrastrukturun İdarə Edilməsi Şöbəsində Şəbəkə İnzibatçısı vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
- Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi;
- Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
- Şəbəkə problemlərini müəyyən edib həll etmək;
- Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Bakalavr dərəcəsi (İT sahəsi arzuolunandı);
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il;
- Nəzəri bilik səviyyəsi CCNP;
- LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqların (Firewall, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi;
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s);
- Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP);
- İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması;
- VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN);
- L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s);
- CCNA, CCNP Routing and Switching, sertifikatlarına sahib olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Şəbəkə İnzibatçısı” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33