Satışa Dəstək departamentinə, Ekspert vəzifəsi | Banco.az
Rabitəbank

Satışa Dəstək departamentinə, Ekspert vəzifəsi

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC  Satışa Dəstək departamentinə, Ekspert vəzifəsi üzrə vakansiya elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Fondlara göndərilən müştəriyə aid maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq, tələb olunduqda düzəlişlərin edilməsini təmin etmək;
  • Hesabatların düzgün tərtib olunması üçün zəruri təkliflər vermək və aidiyyatı əməkdaşlara təlimlərin keçirilməsini təmin etmək;
  • Fəaliyyəti barədə departamentin fondlar üzrə səlahiyyətlisinə həftəlik hesabat təqdim etmək;
  • Struktur qarşısında qoyulan hədəflərin tələb olunan vaxtda və keyfiyyətdə icra etmək, digər əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində əməli işlər görmək.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə və İqtisadi sahədə olması arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və detallara qarşı diqqətlilik;
  • MS Excel proqramında əla səviyyədə işləmə bacarığı;
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satışa Dəstək - Ekspert” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et