Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Risklərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrinin hazırlanmasında iştirak edir və Şöbə Rəhbərinə təkliflər verir
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak edir və kənarlaşmalar barədə hesabatı Şöbə rəhbərinə təqdim edir.
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə Şöbə Rəhbərinə təkliflər verir.
- Risk xəritəsinin hazırlamasında iştirak edir və onun icrasına nəzarət edir.
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Şöbə rəhbərinə məlumat verir.
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyatı struktur bölmələri ilə birgə) üzrə işlərin həyata keçirilməsi prosesində iştirak edir.
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı Şöbə rəhbərinə təqdim edir.
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəyin verilməsində iştirak edir.
- Aidiyyəti struktur bölmələrlə birgə stress-testlərin keçirilməsində və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanmasında iştirak edir.
- Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edir.
- Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri Şöbə rəhbərinə təqdim edir.
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə Risk Komitəsi və İdarə Heyətində müzakirə üçün fövqəladə hallar planının hazırlanmasında iştirak edir.
- Risklərin idarə edilməsi işində bankın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərir.
- Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir
|
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
- Kredit riskləri sahəsində minimum 2 il təcrübə;
- Riyazi, statistik və ekonometrik biliklər, Məsuliyyət, Analitik qabiliyyət
- Səmərəli ünsiyyət qurmaq bacarığı
- İşgüzar ünsiyyət etikası
- Komandada işləmək qabiliyyəti
- Microsoft Office proqramlarında işləmək qabiliyyəti, əsasən Excel biliklərinin olması
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.