Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi | Banco.az
Bank BTB

Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi

İş barədə məlumat:

  • Bankın marketinq siyasətinin və marketinq planının hazırlanmasında iştirak edir.
  • Bankın reklam və təşviqat üzrə siyasətinin, ona əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir.
  • Bankın reklam və təşviqat üzrə layihələrinin icarsında iştirak edir.
  • Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinın aparılması;
  • ATM köşklərinin, xidmət şəbəkəsinin eksteryerinin, və s. mövcud marketinq siyasəti, brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
  • Bankın rəsmi internet və facebook səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
  • Sosisal şəbəkələrə nəzarət;
  • Bankın ictimai əlaqələrini qurmaq;
  • Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
  • Press-relizərin yazılması və mediyada paylaşılması;
  • Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
  • Departament direktorunun və şöbə rəhbərinin reklam və ictimayyətlə əlaqələr üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • Ən azı 3-5 il marketinq sahəsində iş təcrübəsi;
  • Rus və ya İngilis dillərini ən azı orta səviyyədə bilmə;
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Biznesin inkişafı və marketinq departamenti, Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et