Vakansiya haqqında məlumat:
Məsuliyyətlər
- İnkasasiya marşrutuna və müəyyən edilmiş qrafikə uyğun şəkildə hərəkət etmək
- Terminal açarlarını təhvil aldıqdan sonra, kassa əməliyyatçısının işinə müdaxilə etmədən onu müşayiət etmək və təhlükəsizliyin təmin olunmasına nəzarət etmək
- Vəzifə icrası zamanı qayda pozuntularının və ya qanunsuz hərəkətlərin qarşısını almaq, şübhəli halları dərhal rəhbərliyə bildirmək
- Əmək və intizam qaydalarına ciddi riayət etmək
- Birbaşa rəhbərliyin verdiyi tapşırıqları dəqiqliklə və vaxtında icra etmək
Tələblər
- Ali və ya orta/orta ixtisas təhsili;
- Minimum 1 il bu və ya oxşar sahədə (nəzarətçi, inkasasiyaya nəzarət və ya mühafizə istiqamətində) iş təcrübəsi
- Diqqətli, məsuliyyətli, çevik və komandada işləmə bacarığına malik olmaq;
- Cəld, fiziki cəhətdən sağlam və öyrənmə qabiliyyəti yüksək olmaq;
- Yüksək səviyyədə məsuliyyət və intizam nümayiş etdirmək.
Şərtlər
- Bazar şərtlərinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- Tibbi sığorta: İşə başladığınız ilk gündən tam tibbi təminat
Müraciət üçün daxil olun
Şirkət:
PashaPay
