Mobil bankçılıq üzrə Məhsul meneceri | Banco.az
Rabitəbank

Mobil bankçılıq üzrə Məhsul meneceri

Vakansiya haqqında məlumat: 

 

Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsinə Mobil bankçılıq üzrə Məhsul meneceri vakansiyasını elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Rabitəbankın Mobil Bankçılıq məhsulu üzrə təkmilləşdirilmələrinin aparılması üçün daxili və kənar dizaynerlərlə, programçılarla, digər strukturlar ilə sıx işləmək və mobil bankçılıq məhsulunun inkişaf etdirilməsinə tam cavabdehlik daşımaq;

- Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;

- Məhsullara uyğun testləri həyata keçirmək, nəticələrin təhlili və monitorinqini aparmaq;

- Məhsul satışının həyata keçirilməsi üçün uyğun strukturlarla mütəmadi əməkdaşlıq və birgə fəaliyyət göstərmək;

- Rəqəmsal məhsulun kontent və mövqeləndirmə işinin marketinq departamentinin uyğun şöbə və şəxsləri ilə koordinasiya etmək;

- Sahəyə uyğun olaraq iş planı, strateji baxış tapşırıqları, KPİ-ların icra edilməsini təmin etmək və bunun üçün uyğun strukturlarla əməkdaşlıq etmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsil;

- Rəqəmsal Marketinq və ya məhsul inkişafı sahəsində ən az 3 – illik iş təcrübəsi;

- MS Office proqramında yüksək səviyyədə işləmək bacarığı;

- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;

- Komandada və fərdi işləmək qabiliyyət;

- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhsul Meneceri” göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et