Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin mütəxəssisi | Banco.az
AccessBank

Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin mütəxəssisi 

Əsas vəzifə və öhdəlikləri:

1. Şəxsi portfel üzrə məqsədlərin yerinə yetirilməsi; 
2. Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq; 
3. Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək; 
4. Mövcud borcların tənzimlənməsi məsələləri ilə əlaqədar borclulara məsləhətlər vermək; 
5. Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək; 
6. Borcluların axtarışı məqsədi ilə məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə danışıqlar aparmaq; 
7. Təmsilçilik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək; 
8. Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək; 
9. Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq; 
10. Mövcud iş formalarının və üsullarının təkmilləşdirilməsi və yenilərinin tətbiq edilməsi ilə əlaqədar təklifləri MİKRB baş mütəxəssisinə təqdim etmək; 11. MİKRB baş mütəxəssisi və meneceri tərəfindən verilən bütün tapşırıqları icra etmək. 

Vəzifəyə təyin olunmaq üçün tələblər:

 Təhsil: ali təhsil (və ya Bakalavr / Magistr dərəcəsi), iqtisadi və maliyyə sahəsində təhsilə üstünlük verilir. 
 Strateji və analitik düşüncə tərzi; 
 Təşəbbüskarlıq və yaradıcılıq xüsusiyyəti; 
 Kollektivdə işləmək bacarığı və istəyi; 
 Yaxşı təşkilati keyfiyyətləri; 
 Mükəmməl məsuliyyət hissi; 
 Azərbaycan dili biliyi;
 Kompüter bilikləri (elementar səviyyədə). 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz

Ən sərfəli krediti almaq üçün müraciət et