Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis
“Rabitabank” ASC Mikro və retail kreditləri departamentinin Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir!
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifələri:
- Yeni məhsul və kampaniyaların yaradılması;
- Məhsullar uzrə bazarın və rəqiblərin təhlili, təhlillər əsasında yeni təkliflərin hazırlanması;
- Retail məhsullarına dair bankın kommunikasiya kanalları üçün kontentin hazırlanması (website, broşur və sair);
- Marketinqlə yeni məhsullara dair media kontentin yaradılmasının təqib edilməsi;
- Kampaniyaların nəticilərinə dair ön ofisdən rəylərin yığılması.
Namizədə qarşı tələblər:
- Bankda iş təcrübəsi arzu olunandır;
- Yüksək kreativlik;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmə bacarığı;
- Yüksək kommunikasiya qurma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Mikro və Retail Departamentinin Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis göstərməyiniz xahiş olunur.