Məhsul Riskləri üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Məhsul Riskləri üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Məhsul Riskləri üzrə Baş Mütəxəssis

İşiniz nədən ibarətdir?

  • Bankın potensial itkilərinin minimallaşdırılması məqsədilə məhsul və proseslərin, eləcə də məhsul portfeli üzrə nəticələrin avtomatlaşdırılması;
  • Məhsul portfelinin əsas parametrlər üzrə dinamikasının izlənilməsi, eləcə də trend və davranış təhlillərinin aparılması;
  • Modelin idarəedilməsi standartlarının vaxtında və effektiv tətbiq edilməsi;
  • Müvafiq tələblərə uyğun gəlməsinə əmin olmaq üçün model risklərinin idarəedilməsi qaydalarına uyğun model performansının izlənilməsi;
  • Modelin qeyri-effektivliyi səbəbindən yarana biləcək itkilərin qarşısının alınması tədbirlərinin icrası;
  • Model performansının təhlili və proses ilə bağlı müvafiq anlayışların təqdim edilməsi;
  • Qeyri-işlək kreditlərin izlənilməsi, təhlili və inkişaf etdirilməli məqamların müəyyən edilməsi;
  • Portfelin nəticələri və portfelin müxtəlif istiqamətlərdə (müştəri seqmenti, sənaye növü, tələb və təklif) əsas göstəricilərinin təhlili;
  • Məhsul ilə bağlı risklərin idarəedilməsi üzrə ümumi prosesin yaradılması və icrası;
  • Qayda və təlimatların mütəmadi olaraq yenilənməsi;
  • Prosesin təkmilləşdirilməsinə cavabdehlik və proseslərdə əməliyyat itkilərinin aradan qaldırılması;
  • Əməliyyatların standartlaşdırılması və avtomatlaşdırması üzrə təkliflərin verilməsi;
  • Model üzrə ƏFG-nin izlənilməsi və yenilənmə üzrə təşəbbüskarlıq;
  • Modelin strukturu və idarəedilməsinin effektiv tətbiq olunmasına cavabdehlik;
  • Təkmilləşdirilmiş ideyaların praktiki tədbirlərə transformasiyası;
  • Məhsul üzrə dəyişikliklərin müəyyən edilməsi; (müddət, faiz və s.)
  • İdarəedilə bilən risklər əsasında biznesin davamlılığı üzrə planların hazırlanması;
  • Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək

Tələb edilən bilik, bacarıq və təcrübə

TƏHSİL

Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili

İŞ TƏCRÜBƏSİ

Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3-5 il

XARİCİ DİL

 İngilis dili (səlis), Rus dili (orta) 

KOMPÜTER BİLİKLƏRİ

Microsoft Office

SERTİFİKATLAR

Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlar

DİGƏR

  • Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq
  •  Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübə

Müracət et!

Ən sərfəli krediti almaq üçün müraciət et