Korporativ Bankçılıq Departamentinin Korporativ Maliyyələşmə şöbəsinin aparıcı/baş mütəxəssisi/bölmə rəhbəri | Banco.az
Azər Türk Bank

Korporativ Bankçılıq Departamentinin Korporativ Maliyyələşmə şöbəsinin aparıcı/baş mütəxəssisi/bölmə rəhbəri

Vakansiya haqqında məlumat: 

Təsvir

Bankda dövlət fondları imkanları hesabına (İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və s.) biznes subyektlərinin Maliyyələşməsi (kreditləşməsi) işinin təşkil edilməsi;

 Dövlət fondları ilə sıx əməkdaşlıq münasibətlərinin və qarşılıqlı məlumat, təcrübə mübadiləsinin təşkil edilməsi;

Mütəmadi qaydada bazar araşdırmalarının aparılması, yeni bank metod və texnologiyalarının, maliyyələşmə məhsullarının tətbiqi üzrə təkliflərin verilməsi;

Maliyyələşmə üçün yeni müştərilərin cəlb edilməsi məqsədilə satış kanallarının qurulması, ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;

Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişlərin müvafiq qaydada ilkin emalı və optimal maliyyələşmə məhsulunun formalaşması;

Maliyyələşmənin düzgün sənədləşdirilməsinə, ayrılmış kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;

Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.

Tələblər

Ali təhsil;

Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə;

Kredit satışı sahəsində minimum 2 il iş təcrübəsi;

Banklarda dövlət fondları imkanları hesabına olan  kreditlərin satışı sahəsində iş təcrübəsi;

MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;

Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq;

Analitik düşüncə və detallara qarşı diqqətlilik;

Stresə davamlılıq və kollektivdə işləmək bacarıqları;

Yenilikləri öyrənmə və tətbiq etmə bacarıqları. 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et