Azər Türk Bank
Korporativ Bankçılıq Departamentinin Korporativ Maliyyələşmə şöbəsinin aparıcı/baş mütəxəssisi/bölmə rəhbəri
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankda dövlət fondları imkanları hesabına (İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və s.) biznes subyektlərinin Maliyyələşməsi (kreditləşməsi) işinin təşkil edilməsi;
- Dövlət fondları ilə sıx əməkdaşlıq münasibətlərinin və qarşılıqlı məlumat, təcrübə mübadiləsinin təşkil edilməsi;
- Mütəmadi qaydada bazar araşdırmalarının aparılması, yeni bank metod və texnologiyalarının, maliyyələşmə məhsullarının tətbiqi üzrə təkliflərin verilməsi;
- Maliyyələşmə üçün yeni müştərilərin cəlb edilməsi məqsədilə satış kanallarının qurulması, ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;
- Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişlərin müvafiq qaydada ilkin emalı və optimal maliyyələşmə məhsulunun formalaşması;
- Maliyyələşmənin düzgün sənədləşdirilməsinə, ayrılmış kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə;
- Kredit satışı sahəsində minimum 2 il iş təcrübəsi;
- Banklarda dövlət fondları imkanları hesabına olan kreditlərin satışı sahəsində iş təcrübəsi;
- MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq;
- Analitik düşüncə və detallara qarşı diqqətlilik;
- Stresə davamlılıq və kollektivdə işləmək bacarıqları;
- Yenilikləri öyrənmə və tətbiq etmə bacarıqları.
Müraciət üçün daxil olun