Kredit mütəxəssis (Biznes kreditləri) | Banco.az
Rabitəbank

Kredit mütəxəssis (Biznes kreditləri)

Vakansiya haqqında məlumat: 

Kredit mütəxəssis (Biznes kreditləri)

Bakı, Abşeron, Sumqayit, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Şirvan, Kürdəmir, Şəki, Şəmkir, Gəncə, Şamaxı, Ağsu, Lənkəran, Masallı

Əsas vəzifələri:

  • Potensial müştəriləri banka cəlb edilməsi;
  • Birbaşa marketinq funksiyasını həyata keçirməklə Bankın xidmət və kredit məhsulları təbliğ edilməsi;
  • Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
  • Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilinin aparılması;
  • Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirilməsi;
    Kredit portfelnin keyfiyyətinə gündəlik nəzarət edilməsi
  • Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləməsi
  • Satış prosesinin təkmilləşdirilməsinə dair təkliflər verilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil  (İqtisadi, maliyyə  və riyazi təhsili olanlara üstünlük verilir);
  • Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq
  • Satış qabiliyyətinə malik olmaq;
  • Analitik qabiliyyətinə malik olmaq;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
  • Yüksək etika, ünsiyyət və komandada işləmək bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;

 Qeyd: Bu vəzifəyə ali təhsilli və hərbi xidmətini bitirmiş, habelə müvafiq iş təcrübəsi olmayan  namizədlər də müraciət edə bilər.

 Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33