Kart Məhsulları və Xidmətlərinin İnkişafı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Rabitəbank

Kart Məhsulları və Xidmətlərinin İnkişafı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Rabitabank” ASC-nin Kart Əməliyyatları departamentinin,  Kart Məhsulları və Xidmətlərinin İnkişafı  şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifələri:

  • Beynəlxalq və yerli Ödəniş Sistemləri sistemləri/ prossesinq mərkəzi ilə iş prossesinin aparılması;
  • Beynəlxalq və yerli Ödəniş Sistemləri sistemləri/ prossesinq mərkəzi nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;
  • Kart məhsulları və nağdsiz hesablaşmalar  üzrə daxili və xarici bazarı daimi təhlil etmək;
  • Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;
  • Kart məhsulları üzrə aylıq/rüblük hesabatların hazırlanması;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Analitik bacarıqlar.
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
  • Problemləri həll etmə bacarığı;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  18.05.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını “Kart Məhsulları və Xidmətlərinin İnkişafı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et