Kart əməliyyatlarına dəstək şöbəsinin baş mütəxəssisi | Banco.az
Rabitəbank

Kart əməliyyatlarına dəstək şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

- Kart biznesi təhlükəsizlik sisteminin qurulmasını, davamlı monitorinqini təmin etmək və risklərin səviyyəsinə nəzarət etmək 
- Daxili risklərin minimallaşdırılması üzrə, müəyyən iş bölgüsünü aparmaq və zəruri hallarda səlahiyyətləri məhdudlaşdırıması üzrə rəhbərliyə təkliflər vermək 
- Kart emissiyasına və ekvayerinqinə (o cümlədən, elektron ekvayerinqinə) aid Ödəniş Sistemlərinin yeniliklərinin və tələblərinin izləmək və onları tətbiq edilməsi üçün rəhbərliyə təkliflər vermək 
- Risklərin qiymətləndirilməsi və nəticələrinə dair hesabat hazırlamaq və təqdim etmək 
- Kartların qəbulu (o cümlədən, elektron dükanlarda) və istifadəsi üzrə riskləri müəyyən etmək 
- Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında daimi hesabat təqdim etmək 
- Risklərin idarə edilməsi üçün daxili qaydalara və prosesslərə müntəzəm baxışlar keçirmək və rəhbərliyə zəruri təkliflər vermək 
- Mövcud və ya yeni kart məhsullarına nəzərət və risklərin aradan qaldırılması üzrə müvafiq tədbirləri həyata keçirmək 
- Təhlil və daxili biznes proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək 
- Müştərilərin ərizələri əsasında, etiraz (Chargeback) və dələduzluq (Fraud) əməliyyatları üzrə araşdırmalar aparmaq və rəhbərliyə məlumat vermək

Namizədə tələblər

- Ali iqtisadi təhsil 
- Geniş professional biliklər 
- Risklər üzrəən azı 1 il iş təçrübəsi 
- Qeyri-adi vəziyyətlərdə həll tapmaq bacarığı 
- Təkrar işin icrası baxımından konsentrasiyası saxlamaq bacarığı 
- Komandada işləmək bacarığı 
- Analitik bacarıqlar 
- Ünsiyyətlilik 
- Təşəbbüslük 
- Məsuliyyətlilik

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.