Rabitəbank
Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektor
Vakansiya haqqında məlumat:
Təsvir
- Kart məhsulları üzrə yaranan overdraft halların gündəlik monitorinqini və təhlilini həyata keçirmək;
- Müştəri hesabları və kart əməliyyatları üzrə məlumatları yoxlamaq və uyğunsuzluqları müəyyən etmək;
- Overdraftların düzgünlüyünü və əsaslılığını müəyyən etmək məqsədilə müvafiq əməliyyat və tranzaksiyaların araşdırılmasını həyata keçirmək;
- Aşkarlanmış problemlər və uyğunsuzluqlar üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya etmək;
- Overdraftlarla bağlı müraciət və sorğuları araşdırmaq, nəticələrə uyğun olaraq cavabları hazırlamaq;
- Overdraftlar üzrə müvafiq hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək;
- Overdraftların təkrarlanmasının qarşısının alınması məqsədilə təkmilləşdirmə təklifləri hazırlamaq;
- Daxili prosedur və qaydalara uyğun olaraq digər əlaqəli tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Kart sahəsində ən azı 1 il iş təcrübəsi ;
- Kart məhsulları və bank əməliyyatları haqqında ümumi anlayış;
- Overdraftların və kart əməliyyatlarının təhlili üzrə analitik düşüncə qabiliyyəti;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək və məlumatları təhlil etmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək diqqət;
- Problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
- Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Müraciət üçün daxil olun
