Hesablaşmalar şöbəsinə aparıcı mütəxəssis | Banco.az
ABB

Hesablaşmalar şöbəsinə aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Nağdsız hesablaşmalar departamentinin Hesablaşmalar şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • ABB-nin Mərkəzi Xəzinədarlıq departamentinin tapşırığı ilə əməliyyatların uçotun həyata keçirmək;
  • ABB-nin müştәrilәrinin xeyrinə xarici valyutada Bankın digər müxbir banklarındakı müxbir hesabı vasitəsilə daxil olan köçürmələri sistemə daxil etmək;                           
  • Daxili intizam qaydalarına ciddi riayәt etmək;
  • Zəruri hallarda departamentin hesablaşmalar şöbəsi eləcə də   nəzarət şöbəsi üzrə funksiyalarını yerinə yetirmək.
  • Əmək fəaliyyəti barədə illik hesabat hazırlamaq;       
  • ABB-nin müştәrilәrinin xeyrinə milli valyutada Azərbaycan Respublikasının Mərkəzi bankındakı müxbir hesabı vasitəsilə daxil olan köçürmələri sistemə dəqiq və vaxtında daxil etmək;
  • Departamentin əsasnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək;  
  • ABB-nin Mərkəzi Xəzinədarlıq departamentinin tapşırığı ilə müxabirləşmələrin və yazışmanın Bank sistemində əks olunmasını təmin etdirmək;     

                       

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan və rus dillərində səlis danışa bilməli (İngilis dili biliyi üstünlükdür);
  • Bank sektorunda analoji sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər;

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 06 iyun 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adınınNağdsız hesablaşmalar departamentinin Hesablaşmalar şöbəsinə aparıcı mütəxəssisşəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az