Girovların İdarə Edilməsi şöbəsinə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Girovların İdarə Edilməsi şöbəsinə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

İşiniz nədən ibarətdir?

  • Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması;
  • Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması;
  • Şərtlərə nəzarət və icra olunması (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
  • Girovların sığortalanmasına nəzarət və koordinasiya;
  • Girovların qiymətləndirilməsi və monitorinqinin proses və prosedurlarının Bankın Risk siyasətinə uyğun inkişaf etdirilməsi;
  • Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
  • Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
  • Girov Portfelinin idarə edilməsi ilə bağlı digər məsələlər (SQO, rəhbər tərəfindən verilən tapşırıqların icra olunması. İcarə xərclərinin qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması/yoxlanılması, bankın digər struktur bölmələri tərəfindən verilən qiymətləndirilmə sifarişlərini baxılması və həyata keçirilməsi);
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: 3 il;
  • Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA FA, ACCA FR, ACCA FM, Business Valuation üzrə sertifikatların olmasına üstünlük verilir;
  • Xarici dillər: İngilis və ya Rus;
  • Kompüter bilikləri: MS Office, Excel, Word və s.
  • Bazar üzrə biliklər: Tələb olunur
  • Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.

Müraciət etmək üçün daxil olun: 

Ən sərfəli krediti almaq üçün müraciət et